Almaniya mətbuatı: SOCAR UEFA-nın sponsorları siyahısından çıxarıldı!

UEFA-nın SOCAR şirkəti ilə əməkdaşlığı başa çatıb.

Komanda.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. “Deutschlandfunk.de” saytının xəbərinə görə, SOCAR-ın UEFA ilə əməkdaşlığına son qoyulub. Almaniya mətbuatı, UEFA-nın SOCAR-ı AÇ-2020-nin sponsorları siyahısından çıxardığını yazıb. Buna səbəb şirkətin müharibə dövründə beynəlxalq təbliğat prosesində iştirak etməsi ola biləcəyi ehtimal edilir.

Ötən ilin oktyabrında Qarabağda baş verən müharibə zamanı Ermənistan Futbol Federasiyası SOCAR-ın döyüşlər vaxtı təbliğat aparması, rəsmi sosial media səhifələrində aqressiv mesajlar verməsi iddiası ilə UEFA-ya müraciət edərək, SOCAR-la əməkdaşlığın yenidən nəzərdən keçirilməsini istəmişdi.

SOCAR 2016-cı ildə keçirilən Avropa çempionatının sponsorlarından idi. Şirkət həmin vaxt turnir üçün 90 milyon avro xərcləyib.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunu SOCAR maliyyələşdirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button