“Çempionlar Liqasının finalı bu tarixdə ola bilər” – Çeferin

UEFA-nın prezidenti Aleksandr Çeferin avrokuboklarda mövsümün qalan hissəsiylə bağlı planlarını açıqlayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, UEFA, Çempionlar Liqası və Avropa Liqasının bu mövsümünün avqustun 3-nə qədər bitirilməsini planlaşdırır:

“Çempionlar Liqası və Avropa Liqası ən gec avqustun 3-də bitməlidir. ÇL-in finalı da bu tarixdə ola bilər. Hazırda qeyri-müəyyən bir vəziyyətin içindəyik. Bu, tez bitsə, biz də tez başlaya bilərik.

Avrokubokları mövcud sistemlə də oynada bilərik, tək matçla da və azarkeşsiz də davam etdirə bilərik. Çox böyük ehtimalla, oyunlar başlayanda azarkeşsiz keçiriləcək. Bu olsa, məcburiyyətdən belə olacaq. İnsanlar futbolu çox sevirlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button