
Son 64 ilin ən reytinqli klubları – UEFA açıqladı
UEFA-nın keçirdiyi yarışlarda 1955-2019-cu illər aralığında ən çox reytinq xalı toplayan klubların adları açıqlanıb.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, 30 komandanın yer aldığı siyahıda lider “Real”dır. Madrid təmsilçisi 600 xalla 1-ci sırada yer alıb. “Real” bu dövr ərzində Çempionlar Liqasında 13 kubok qazanıb.
UEFA-nın hazırladığı reytinq siyahısında 2-ci “Bavariya”, 3-cü isə “Barselona”dır. Münhenlilərin 474, kataloniyalıların isə 446 xalı var.
Siyahıda Türkiyənin “Qalatasaray” klubu da yer alıb. 157 xalı olan “cim-bom” 23-cü sıradadır.
İlk “10-luq”
- “Real” (İspaniya) – 600
- “Bavariya” (Almaniya) – 474
- “Barselona” (İspaniya) – 446
- “Mançester Yunayted” (İngiltərə) – 374
- “Yuventus” (İtaliya) – 349
- “Milan” (İtaliya) – 314
- “Liverpul” (İngiltərə) – 289
- “Benfika” (Portuqaliya) – 287
- “Portu” (Portuqaliya) – 277
- “Ayaks” (Niderland) – 266
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



