UEFA-dan milli komandaya cəza

UEFA Serbiya millisini cəzalandırıb.

Komanda.az xəbər verir ki, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə oyunda serbiyalı azarkeşlərin irqçi davranışları bu ölkəyə baha başa gəlib. Belə ki, qitə futbol qurumu həmin hadisələrə görə Serbiya yığmasının iki rəsmi oyunda azarkeşsiz oynamasına dair qərar qəbul edib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Serbiya Futbol Federasiyası isə 33 250 avro cərimə olunub.

Xatırladaq ki, qalmaqallı qarşılaşma sentyabrın 7-də Belqradda baş tutmuşdu və Portuqaliyanın 4:2 hesablı qələbəsiylə başa çatmışdı.

UEFA-nın qərarına əsasən, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək Lüksemburqla ev oyununda Serbiya yığması azarkeşsiz qalacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button