UEFA-dan “Qarabağ”ın hesabına 4 milyon avroya yaxın vəsait

“Qarabağ” klubunun 2019-2020-ci il mövsümündə Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış 2,750,000  (iki milyon yeddi yüz əlli min) avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bu vəsait Avropa Liqasının qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.

Bundan əlavə, “Qarabağ”ın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən müəyyənləşmiş əmsala görə, UEFA-nın ayırdığı 1,142,880 (bir milyon yüz qırx iki min səkkiz yüz səksən) avro vəsait də AFFA-nın vasitəçiliyi ilə “köhlən atlar”ın hesabına köçürülüb.