UEFA da gürcü futbolçuya heyran olub

UEFA-nın mətbuat xidməti “tvitter” hesabında “Napoli”nin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliyaya həsr olunmuş paylaşım edib.

Komanda.az xəbər verir ki, paylaşımda belə yazılıb:

“Kvaratsxeliya xüsusidir”.

“Napoli” dünən Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Liverpul”a qalib gəlib (4:1). Gürcü futbolçu bu oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.

21 yaşlı Kvaratsxeliya cari mövsümün startından əvvəl “Dinamo”dan (Batumi, Gürcüstan) “Napoli”yə keçib. Onun atası Badri Kvaratsxeliya 1997-98-ci illərdə “Kəpəz”də, 1998-2005-ci illərdə isə “Şəmkir”də oynayıb. Badri Azərbaycan milli komandasının da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button