Çempionlar Liqası: Hər oyunun ən yaxşısı mükafatlandırılacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin matçlarının ən yaxşıları üçün mükafat təsis edib.

Komanda.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. UEFA Çempionlar Liqasının 1/8 final mərhələsindən etibarən hər oyunun ən yaxşı futbolçusuna mükafat verəcək. Hər oyunun ən yaxşısı matç bitdikdən sonra stadionda elan ediləcək.

Çempionlar Liqasının 1/8 final mərhələsinə sabah start veriləcək.