Final matçına 600 avroluq biletlər

UEFA, Çempionlar Liqasının 2019/20 mövsümünün final matçının bilet qiymətlərini açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Final matçına ən ucuz bilet 70, ən bahalısı isə 600 avrodur. Biletlərin satışına martın 12-dən başlanılacaq.

Çempionlar Liqasının final matçı mayın 30-da, İstanbul Olimpiya stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button