Çempionlar Liqası: PSJ – “Mançester Siti” matçının vaxtı açıqlandı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin görüşlərinin oyun cədvəli məlum olub.

Komanda.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, “Real” (İspaniya) – “Çelsi” (İngiltərə) matçı aprelin 27-də Madriddə keçiriləcək. Komandalar arasındakı cavab oyunu mayın 4-də, Londonda olacaq.

Yarımfinalın digər matçı PSJ (Fransa) – “Mançester Siti” matçı isə aprelin 28-də Parisdə olacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra – 5 mayda İngiltərədə olacaq.

Hər iki qarşılaşma saat 23:00-da start götürəcək.