ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Bavariya”dan Robert Levandovski, “Real”dan Ferlan Mendi, “Mançester Siti”dən Joao Kanselo və “Çelsi”dən Olivye Jiru namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.