Avropa Liqası matçının yeri dəyişdirildi

UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində Norveçdə keçirilməli olan “Molde” – “Hoffenhaym” matçının yeri dəyişdirilib.

Komanda.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Yeni qərara əsasən, qarşılaşma İspaniyada keçiriləcək.

Qitə futbol qurumunun belə qərar verməsinin səbəbi koronavirus pandemiyasının yaratdığı problemlərdir. Pandemiya ilə əlaqədar Norveç və Almaniya arasındakı beynəlxalq uçuşlara məhdudiyyətlər qoyulub.

Qarşılaşma fevralın 18-də, İspaniyada “Ceramica” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button