Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər

UEFA Avropa Liqasında “Vilyarreal” (İspaniya) və “Mançester Yunayted” (İngiltərə) komandaları arasında keçirilən final matçından (1:1, penaltilər 11:10) sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az turnirin saytına istinadən xəbər verir ki, ən yaxşı adına qalib “Vilyarreal”dan Etyen Kapu və Jerar Moreno, “Mançester Yunayted”dən isə Skott Maktominey və Edinson Kavani namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button