AL: Həftənin ən yaxşısı adına namizədlər açıqlandı

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az turnirin saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Arsenal”dan (İngiltərə) Bukayo Saka, “Mançester Yunayted”dən (İngiltərə) Aaron Van-Bissaka, “Vilyarreal”dan (İspaniya) Jerar Moreno, “Roma”dan (İtaliya) Edin Dzeko namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.