UEFA Azərbaycan millisinin rəqibinə verdiyi cəzanı yüngülləşdirdi

UEFA Apellyasiya Komitəsi Slovakiya millisinə verdiyi cəzaları yüngülləşdirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qurum, Slovakiya millisinə verdiyi azarkeşsiz oynama cəzasını ləğv edib. Azarkeşlər AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək Slovakiya – Uels matçını stadiondan izləyə biləcək. Bununla yanaşı, Slovakiya Futbol Federasiyasına verilən 20 min avroluq pul cəriməsi də 15 min avroya endirilib.

Sentyabrın 9-da, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Macarıstan – Slovakiya görüşündə (2:1) yerli azarkeşlərin qeyri-etik davranışları və milliyətçi şüarlar səsləndirməsi hər iki komandanın cəza almasına səbəb olmuşdu.

Oktyabrın 13-dəki Macarıstan – Azərbaycan oyunu isə UEFA-nın Macarıstan Futbol Federasiyasına verdiyi cəza səbəbindən azarkeşsiz keçiriləcək.

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsinin E qrupunda Macarıstan, Xorvatiya, Uels və Slovakiya ilə mübarizə aparır. Yığma komanda 1 xalla qrupda sonuncu sıradadır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button