“Bu, AÇ-2020 oyunlarının keçiriləcəyi ölkələrin hamısına kömək edəcək” – Çeferin

UEFA AÇ-2020-nin keçiriləcəyi 12 ev sahibi ölkədə 600.000 ağac əkəcək, həmçinin azarkeşlər və UEFA-nın oyunlara səfərləri zamanı karbon emissiyasının azaldılması üçün bərpa olunan enerji layihələrinə sərmayələr yatıracaq.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA-nın prezidenti Aleksandr Çeferin Sloveniyanın paytaxtı Lyublyanada AÇ-2020 turniri ərəfəsində yaşana biləcək iqlim dəyişikliyi problemini aradan qaldırılması üçün böyük bir kampaniyanın başlanacağını elan edib.

UEFA Avropa çempionatının 60 illik yubileyini qeyd etmək və yarışdan sonra geniş irsin qalması məqsədilə AÇ-2020-yə ev sahibliyi edəcək 12 ölkənin hər birində 50.000 ağac əkəcək.

Bundan savayı, Cənub Qütbü ilə əməkdaşlıq çərçivəsində UEFA azarkeşlər və qurumun işçi heyətinin turnir zamanı keçiriləcək oyunlara səfərləri səbəbindən yaranacaq təxminən 405.000 ton karbon qazını kənarlaşdırmaq üçün qızıl standart bərpa olunan enerji layihələrinə sərmayələr yatıracaq.

Planla bağlı Aleksandr Çeferin bunları deyib:

“AÇ-2020 qitənin dörd bir yanında təşkil olunacaq Avropa futbolunun təntənəsidir. Bu turnirin fəlsəfəsi daha az yeni stadion və nəqliyyat qovşaqlarının tikilməsi, habelə Avropada yaşayan müxtəlif icmalarla yaxından tanış olmaq imkanı kimi bir çox üstünlükləri əks etdirir. Lakin bunun nəticəsində azarkeşlər öz sevimli komandalarının oyunlarını canlı izləmək üçün daha çox səyahət etməli olacaqlar. UEFA öz məsuliyyətini çox yaxşı dərk edir və bizim müəyyən fəsadlara gətirə biləcək karbon emissiyasını əvəz etməyimiz düzgündür. Cənub Qütbü ilə əməkdaşlığımız, qızıl standart bərpa olunan enerji layihələrini yaratmağa köməklik göstərərək, dünyada iz buraxan bir dəyər olacaq. Bundan əlavə, biz eyni zamanda Avropa Çempionatının 60 illik yubileyini qeyd etmək istəyirik ki, bunun ətraf mühitin mirası ilə birləşdirilməsi məntiqi seçimdir. On iki ölkənin hər birinə 50.000 ağac olmaqla, ümumilikdə 600.000 ağac əkiləcək və mən inanıram ki, bu, AÇ-2020 oyunlarının keçiriləcəyi ölkələrin hamısına kömək edəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button