“Udineze”də argentinalı hücumçu

İtaliyanın “Udineze” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi argentinalı hücumçu Fernando Forestierini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərənin “Şeffild Uensdey” klubundan transfer olunan 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

“Boka Xuniors”un yetirməsi olan Fernando peşəkar karyerasına məhz İtaliyada başlayıb. O, bu ölkədə “Siena”, “Cenoa”, “Viçentsa”, “Empoli”, “Bari” komandalarında oynamaqla yanaşı, 2009-cu ildə “Udineze”yə də transfer olunub. Lakin bu komandada rəsmi oyun keçirməyən forvard, başqa klublara icarəyə verilib. 2012-ci ildə İtaliyanı tərk edərək İngiltərəyə üz tutan Forestieri, 3 il “Uotford”un uğurları üçün çalışdıqdan sonra, 2015-də “Şeffild Uensdey”ə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button