Tuxelin “Bayern”də nə qədər qazanacağı açıqlandı

“Bayern”in yeni baş məşqçisi Tomas Tuxel ildə 10-12 milyon avro qazanacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, 49 yaşlı almaniyalı mütəxəssis daha əvvəlki klubu “Çelsi”də 15 milyon avro alıb.

Martın 24-də “Bayern” Julian Naqelsmannın baş məşqçi postundan gedişini elan edib. 35 yaşlı mütəxəssisin “Tottenhem”lə danışıqlara açıq olduğu bildirilir.

Tuxel Münhen klubu ilə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

“Bayern” Bundesliqada 25 oyundan sonra 52 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button