
“Tuxel gəldi və İngiltərə millisində hər şeyi düzgün qurdu”
İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Co Koul, komandanın baş məşqçisi Tomas Tuxelin iş prinsipini və oyunçularla münasibətini yüksək qiymətləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı mütəxəssisin milli komandada sistemin yenidən qurulmasında mühüm rol oynadığını söyləyib:
“Düşünürəm ki, onun yanaşması yeni bir şey gətirdi. Qaret Sautqeytin dövründə müəyyən vaxtda yolumuzu azdığımız, oyun səviyyəsinin və oyunçuların performansının düşdüyü bir mərhələ var idi. Sonradan bəzi futbolçular superulduza çevrildilər və bu, balansı dəyişdi. O hiss edirdi ki, meydanda yalnız 11 oyunçu deyil, həm də böyük statuslu futbolçular var. Bu da idarəetməni çətinləşdirirdi. Tuxel gəldi və hər şeyi düzgün qurdu. Biz yenidən başlayırıq. Komandada Deklan Rays, Harri Keyn, Çud Bellingem kimi böyük oyunçular var, amma o, baş məşqçidir. O, öz oyun fəlsəfəsini və ehtiyac duyduğu oyunçu profilini seçib və buna sadiq qalmalıdır. Məncə, bu yanaşmadan geri dönsə, nəticə yaxşı olmayacaq”.
Bizi Facebook-da izləyin



