“Fənərbaxça”nın məşqçisi koronavirusa yoluxdu

Türkiyənin “Fənərbaxça” klubunun bir üzvündə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, komandanın texniki heyətindən bir nəfərdə koronavirus aşkarlandığı bildirilib.

“Fənərbaxça” Super Liqanın 35-ci turu çərçivəsində bu gün “Başakşəhər”lə qarşılaşacaq. Matç saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button