Spaletti Türkiyəni təriflədi, gürcü futbolçudan danışdı

“Napoli”nin baş məşqçisi Luçano Spaletti gürcü futbolçu Xviça Kvaratsxeliyanın durumu haqqında danışıb.

Neapolluların “Antalyaspor”u məğlub etdiyi yoxlama matçında (3:2) zədəsini sağaldan gürcüstanlı futbolçu meydana çıxa bilib.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, Spaletti, Xviçanın artıq sağaldığını bildirib:

“İtaliya A Seriyasına fiziki cəhətdən hazır olmaq üçün lazım olan hər şeyi edirik. Türkiyədə hazırlıq keçmək üçün hər cür şərait var. Kvaratsxeliyanın durumu artıq yaxşıdır”.

Kvaratsxeliya bu mövsüm “Napoli”nin heyətində 17 oyun keçirib, 8 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button