
Türkiyə klubu Qurban Qurbanovu baş məşqçi postunda görmək istəyir
Növbəti mövsümdə Türkiyə Super Liqasında çıxış edəcək “Amedspor” Qurban Qurbanovu baş məşqçi postuna görmək istəyir.
Komanda.az xəbər verir ki, Diyarbəkir təmsilçisi Qurbanova illik 2 milyon avro məvacib verməyi düşünür.
Qurbanov “Amedspor”un dörd namizədindən biridir. Digər namizədlər isə Yurgen Klinsmann, Cennaro Qattuzo və Con Heytinqadır. (“Xitab24.az”)
“Amedspor” tarixində ilk dəfə Türkiyə Super Liqasına vəsiqə qazanıb. Onlar növbəti mövsüm üçün iddialı komanda qurmaq istəyirlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



