Adı Türkiyə klubu ilə hallanan futbolçuyla bağlı “Sabah” rəsmisindən AÇIQLAMA

Türkiyənin “Ajansspor” portalının xəbərinə görə, “Eyüpspor” klubu “Sabah”ın futbolçusu Ozan Can Kökçü ilə şəxsi razılıq əldə edib.

“Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a açıqlamasında 22 yaşlı yarımümdafiəçi üçün “Eyüpspor”dan heç bir rəsmi təklif gəlmədiyini bildirib:

“Eyüpspor”dan Ozan üçün rəsmi təklif gəlməyib. Futbolçunun bizimlə hələ iki illik müqaviləsi var. Hansısa klub müqaviləsi olan bir futbolçu ilə maraqlanırsa, əvvəlcə oyunçunun klubuna müraciət edir, rəsmi təklif göndərir. Bizə də belə bir təklif gəlməyib”.

2019-cu ildən “Sabah”da çıxış edən yarımmüdafiəçi ötən mövsümü icarə əsasında Niderlandın “Telstar” klubunda keçirib. Ozan Ereste diviziyasında 18 oyunda 2 qol vurub.

Ozanın “Sabah”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.