“Türkiyə xalqına qürur duyacaqları bir şey vermək istəyirik”

“Real”ın və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər yığma komandanın dünya çempionatında hədəfləri barədə fikirlərini bölüşüb.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Əvvəlcə qrup mərhələsinin oyunlarına və pley-off mərhələsinə vəsiqə qazanmaq məqsədinə diqqət yetirməliyik. Hər oyuna maksimum diqqət yetirməli, hazırlaşmalıyıq. Türkiyə xalqını həyəcanlı futbolla sevindirmək və azarkeşlərimizə qürur duyacaqları bir şey vermək istəyirik”.

Daha əvvəl Türkiyə millisi yoxlama oyununda Venesuela yığmasını 2:1 hesabı ilə məğlub edib.

DÇ-2026 iyunun 11-də start götürəcək. “Ay-ulduzlular” D qrupunda Avstraliya, Paraqvay və ABŞ komandaları ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button