Türkiyə mətbuatı: Mahir Emreli “Fənərbaxça”nın hədəfində

Bir müddət əvvəl adı “Trabzonspor”la yanaşı çəkilən “Qarabağ”ın futbolçusu Mahir Emreli Türkiyənin daha bir klubunun maraq dairəsindədir.

Komanda.az xəbər verir ki, “Fənərbaxça” 22 yaşlı futbolçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyənin “Fanatik” nəşri məlumat yayıb. Xəbərdə, mövsümün əvvəlində iranlı Allahyar Sayyadmaneşi transfer edən İstanbul klubunun növbəti hədəfinin Mahir olduğu bildirilib.

Cari mövsümdə 25 oyunda iştirak edən Mahir, 7 qol, 6 məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button