
Türkiyə klubunun Vlahoviçə təklifi: 5 milyon avro maaşla müqavilə
“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını Türkiyədə davam etdirə bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, serbiyalı forvard mövsümün sonunda azad agent statusu ilə komandadan ayrıla bilər. Tərəflər arasındakı müqavilənin müddəti bu ayın sonunda başa çatacaq.
25 yaşlı forvardın xidmətində “Beşiktaş” maraqlıdır. İstanbul təmsilçisi Vlahoviçə illik 5 milyon avro məvacib nəzərdə tutan müqavilə təklif etməyə hazırdır.
Vlahoviç “Yuventus”un heyətində keçirdiyi 168 oyunda 68 qol vurub və 16 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



