“Turan Tovuz”un legioneri milliyə çağırıldı

“Turan Tovuz”un futbolçusu Denis Marandiçi Moldova millisinin qarşıdakı 2 oyununda yığma komandanın sərəncamında olacaq.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi yoxlama görüşləri çərçivəsində 8 iyun Kipr, 11 iyun tarixində isə Ukrayna ilə keçiriləcək oyunlar üçün Moldova millisinə dəvət alıb.

Marandiçi 2023-cü ilin yanvar ayından “Turan Tovuz”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button