“Turan” Emil Balayevin transferini rəsmən açıqladı

Azərbaycan millisinin qapıçısı Emil Balayevin Qazaxıstan “Turan”ına keçidi rəsmiləşib.

Komanda.az Premyer Liqa təmsilçisinin rəsmi “instaqram” hesabına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə müqavilə imzalanıb.

Balayevin sözləşməsinin detalları açıqlanmayıb. O, yeni klubunda 22 nömrəli formanı geyinəcək.

Emil Balayev Qazaxıstanda daha əvvəl “Tobol”da çıxış edib. O, Azərbaycanda son olaraq “Qarabağ”ın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button