“Traktor”dan çətin qələbə

Futbol üzrə İran çempionatında 25-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Sepahan”la qarşılaşıb. Cənubi Azərbaycan nəhəngi bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Təbrizin digər təmsilçisi “Maşinsazi” isə bu turda “Zobahan”a səfərdə eyni hesabla qalib gəlib.

“Traktor” hazırda 44 xalla 16 kollektiv arasında 2-ci, “Maşinsazi” isə 27 xalla 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button