“Traktor” səfərdən 1 xalla döndü

Futbol üzrə İran çempionatında 24-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “İstiqlal” ilə qarşılaşıb. Cənubi Azərbaycan nəhəngi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Təbrizin digər təmsilçisi “Maşinsazi” isə bu turda “Persepolis”lə ev oyunundan məğlub ayrılıb – 0:1.

“Traktor” hazırda 41 xalla 16 kollektiv arasında 4-cü, “Maşinsazi” isə 24 xalla 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button