“Akhisarspor”dan kubokda inamlı qələbə

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Trabzonspor” doğma meydanda 1-ci liqa klubu “Ümraniyəspor”la qarşılaşıb. Tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər. Cütün taleyinə cavab oyununda aydınlıq gələcək.

İkinci oyun günündə daha iki görüş baş tutub. “Göztəpə” səfərdə “Yeni Malatyaspor”a minimal hesabla uduzub. “Qalatasaray” isə “Hatayspor”a ilk oyunda 2 cavabszı qolla qalib gəlib.

Son oyun günündə isə “Akhisarspor” evdə “Kasımpaşa”nı sınağa çəkib. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar.

Türkiyə Kuboku, 1/4 finalın ilk oyunları

5 fevral

Trabzonspor – Ümraniyəspor 0:0

6 fevral

Yeni Malatyaspor – Göztəpə 1:0

Qalatasaray – Hatayspor 2:0

7 fevral

Akhisarspor – Kasımpaşa 3:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button