“Tottenhem”in yetirməsi rəsmən “Turan Tovuz”da

“Turan Tovuz” heyətinə yeni futbolçu qatıb.

Komanda.az xəbər verir ki, Tovuz klubu hücumçu Natan Oduvanın keçidini tamamlayıb. 26 yaşlı forvard ilə 1 illik müqavilə bağlanıb.

Son olaraq “Şamaxı”da çıxış edən futbolçu “Tottenhem”in yetirməsidir. O, karyerası ərzində “Luton” (İngiltərə), “Kolçester” (İngiltərə), “Piterboro” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Olimpiya” (Sloveniya), “Hapoel” (İsrail), “Dandolk” (Şimali İrlandiya) və “Veyle” (Danimarka) komandalarının da şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button