Beyl: “Mən özüm də UNO görmüşəm”

“Tottenhem”in futbolçusu Qaret Beyl maraqlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, uelsli yarımmüdafiəçi yadplanetlilərin varlığına inandığını deyib:

“Bu mövzuda bir çox mülahizələr var. ABŞ hökuməti uçan naməlum obyektlərin (UNO) görüntüsünü yaymışdı. Yüz faiz yadplanetlilər var. Mən özüm də UNO görmüşəm”.