“Bavariya”ya məğlub olduq, ancaq…” – Poçettino

“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino komandadan ayrılacağı iddialarına münasibət bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Poçettino, “Tottenhem”də qalmaq istədiyini deyib:

“Artıq 5 ildir ki, burdayam. Və demək olar ki, hər mətbuat konfransında gələcəyim haqda müzakirələr edirik. Ümid edirəm ki, daha 5 il də burda olub, gələcəyimdən danışacağıq.

Bəli, “Bavariya”ya məğlub olduq, ancaq bu, sadəcə bir oyundur. Yenidən qazanacağımıza şübhə etmirəm və buna görə də bir olmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button