“Niyə İbrahimoviçi istəyim?” – Mourinyo

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo Zlatan İbrahimoviçi transfer edəcəkləriylə bağlı xəbərlərə münasibət bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, yayılan iddiaları təkzib edib və İbrahimoviçə ehtiyaclarının olmadığını deyib:

“İngiltərənin ən yaxşı, dünyanın da ən yaxşı 2-3 hücumçusundan biri olan Harri Keyn mənim komandamdadır. Niyə İbrahimoviçi istəyim? Onun hazırda 30-dan çox yaşı var, ancaq hər komandada oynaya bilər. İbrahimoviçin Keynin olduğu komandaya gəlməsi mənasızdır”.

İngiltərə mətbuatı “Tottenhem”in İbrahimoviçlə maraqlandığını yazır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button