“Hər komandanı məğlub edə biləcəyimizə inanmalıyıq” – Poçettino

“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan argentinalı mütəxəssis, hazırda Premyer Liqada 11-ci yerdə olmaları haqda fikirlərini bildirib:

“Liverpul”a qarşı yaxşı oynasaq da, məğlub olduq. Komandada lazımi atmosferi yaratmalıyıq. Bunu da qələbə qazanaraq edə bilərik. Hər komandanı məğlub edə biləcəyimizə inanmalıyıq.

“Tottenhem”i Premyer Liqada orta sıralarda görmək heç xoş deyil. Ancaq reallıq budur və qəbul etməliyik. Artıq qələbələri sıralamalıyıq”.

“Tottenhem” Premyer Liqada ilk 10 turda 3 dəfə qalib gəlib, 4 dəfə də məğlub olub.