“Söz verirəm, işlər qaydasında olsa…” – Poçettino

“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, argentinalı mütəxəssis, komandanın bu mövsümkü performansını dəyərləndirib:

“5 il əvvələ qayıtmışıq. Sürətli bir şəkildə yuxarı pillələrə qalxmalıyıq. Bunun üçün daha çox çalışmalıyıq, yoxsa başqa yolu yoxdur.

İndi pis şeylər haqda danışmaq istəmirəm. Söz verirəm, işlər qaydasında olsa, hər şeyi dəqiqliklə danışacam. İndi pozitiv şeylərdən danışmaq istəyirəm. Çünki son vaxtlar müsbət siqnallar alırıq”.

“Tottenhem” hazırda Premyer Liqada 13 xalla 11-ci sıradadır.