Asiyanın “qol maşını”

“Tottenhem” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Mançester Siti”yə məğlub olub.

Komanda.az xəbər verir ki, 3:4 hesabıyla bitən görüşdə London təmsilçisinin ilk iki qolunu vuran Son Hın Min, Çempionlar Liqası tarixinə düşüb. Son, ÇL-də ən məhsuldar asiyalı futbolçu ünvanını qazanıb. Cənubi Koreya millisinin üzvü bu mövsüm sözügedən turnirdə 4-cü qolunu vuraraq, ümumilikdə, ÇL-dəki qollarının sayını 12-yə çatdırıb.

“Tottenhem” “Mançester Siti” ilə qarşılaşmadan məğlub ayrılmasına baxmayaraq, səfərdə daha çox top vurması sayəsində yarımfinala yüksələn tərəf olub. Komandalar arasındakı ilk oyunda “Tottenhem” minimal hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button