
“Tottenhem”in 40 milyon avroluq hədəfi
“Tottenhem” İtaliya çempionatında transfer hədəfini müəyyənləşdirib.
Komanda.az “La Repubblica”-ya istinadən xəbər verir ki, londonlular “Latsio”da çıxış edən danimarkalı yarımmüdafiəçi Qustav İsakseni transfer etməkdə maraqlıdır.
İngiltərə klubu İsaksen uğrunda mübarizədə “İnter”lə yarışmaq niyyətindədir. “Tottenhem” rəhbərliyi onun üçün 40 milyon avro ödəməyə hazırdır.
24 yaşlı futbolçu “Latsio”ya 2023-cü ildə “Midtyulland”dan keçib. O, bu mövsüm Roma komandasının heyətində 39 matçda iştirak edib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



