“Tottenhem”dən 33 yaşlı futbolçu ilə yeni müqavilə – Rəsmi

“Tottenhem”in müdafiəçisi Ben Deyvis London klubu ilə yeni müqavilə imzalayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uelsli futbolçu 2026/2027 mövsümünün sonuna qədər “Tottenhem”də qalacaq.

Deyvis 12 ildir ki, “Tottenhem”də çıxış edir. O, London klubuna 2014-cü ildə “Suonsi”dən keçib. 33 yaşlı futbolçu “Tottenhem”in heyətində 363 oyuna çıxıb, 10 qol vurub və 26 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button