“Tottenhem”də yeni futbolçu – 18 ay sonra

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, London təmsilçisi “Lids” klubundan Cek Klarkı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. “Tottenhem” Klarkı yenidən bir illiyinə “Lids” klubuna icarəyə verib.

Klark, “Tottenhem”in 2018-ci ilin yanvarından bu yana ilk transferidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button