“Tottenhem”dən braziliyalı futbolçu üçün 30 milyon avroluq rəsmi təklif

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa karyerasını “Tottenhem”də davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, londonlular braziliyalı futbolçu üçün “Vest Hem”ə 30 milyon avro məbləğində rəsmi təklif göndərib.

Eyni zamanda, Paketayla Braziliya klubu “Flamenqo” da maraqlanır və danışıqlar aparır. “Vest Hem” bu qış onu satmağa hazırdır.

28 yaşlı yarımmüdafiəçi cari mövsümdə Premyer Liqada 18 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button