
“Tottenhem” yüz faiz Premyer Liqada qalacaq”
“Mançester Yunayted”in sabiq kapitanı Roy Kin İngiltərə Premyer Liqasında qalmaq uğrunda mübarizə aparan “Tottenhem” barədə açıqlama verib.
Komanda.az “The Overlap”-a istinadən xəbər verir ki, irlandiyalı keçmiş futbolçu, London təmsilçisinin elitada qalacağına tam əmin olduğunu bildirib:
“Tottenhem” yüz faiz Premyer Liqada qalacaq. Bütün pulunuzu buna qoyun. Sadəcə, onların liqada qalacağına mərc edin”.
“Tottenhem” hazırda 33 turdan sonra 31 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Komanda Premyer Liqada qalmağa imkan verən 17-ci yerdən cəmi 2 xal geri qalır. Həmin pillədə isə “Vest Hem” qərarlaşıb.
London təmsilçisi növbəti turda, aprelin 25-də səfərdə “Vulverhempton”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



