“Tottenhem” Palinya ilə bağlı qərarını dəyişib

“Tottenhem” yarımmüdafiəçi Joao Palinya ilə bağlı qərarında dəyişiklik edib.

Komanda.az “Daily Mail Sport”-a istinadən xəbər verir ki, yeni baş məşqçi Roberto De Zerbi 30 yaşlı futbolçunun komandada qalmasını istəyir. London təmsilçisinin oyunçunu 31 milyon avroya birdəfəlik transfer etmək imkanı var.

Əvvəlki baş məşqçilər – Tomas Frankın və İqor Tudorun dövründə Palinyanın “Bayern”ə geri dönəcəyi düşünülürdü. Ancaq De Zerbinin gəlişindən sonra vəziyyət dəyişib.

Portuqaliyalı futbolçu “Tottenhem”ə ötən yay icarə əsasında qoşulub. O, bu mövsüm 42 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button