Rüdigerin əvəzinə Torres

“Vilyarreal”ın müdafiəçisi Pau Torres karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “La Razon”-a istinadən xəbər verir ki, “Çelsi” 25 yaşlı ispaniyalını transfer etməyi planlaşdırır. “Zadəganlar” Torresi mövsümün sonunda “Real”a keçmək ehtimalı olan Antonio Rüdigerin əsas əvəzedicisi kimi görür.

Pau Torres 2017-ci ildən “Vilyarreal”ın əsas komandasında çıxış edir. Bu mövsüm müdafiəçi İspaniya La Liqasında 28 matçda iştirak edib və 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button