“Torino” – “Sassuolo” matçına koronavirus əngəli

Futbol üzrə İtaliya A Seriyasının 24-cü turu çərçivəsində keçirilməli olan “Torino” – Sassuolo” matçı təxirə salınıb.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmanın fevralın 26-da Turində keçirilməsi nəzərdə tutulmuşdu.

Lakin “Torino”da koronavirusa kütləvi yoluxma səbəbindən bu oyunun keçirilməsi mümkün olmayacaq. Bu üzdən də matçın martın 17-nə təxirə salınması qərara alınıb. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

İtaliya mətbuatının yazdığına görə, “Torino”da son günlərdə 9 nəfərdən götürülmüş COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Onlardan yeddisi futbolçu, ikisi isə texniki heyətdəndir.

Kütləvi yoluxma səbəbindən “Torino” məşqlərini də dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button