Toni Van Qalı diktatora bənzətdi

“Bayern”in sabiq hücumçusu Luka Toni Münhen klubunun sabiq baş məşqçisi Lui van Qal haqda fikirlərini bölüşüb.

Komanda.az “Reddit”-ə istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu niderlandlı məşqçinin oyunçulara yanlış münasibət bəslədiyini bildirib:

“O, qorxunc bir xarakterə sahibdir və oyunçulara yanlış münasibət bəsləyir. Niderlandlılardan ibarət yaxın çevrəsindən başqa hamı ilə o, özünü diktator kimi aparır. Bir gün komandaya dedi: “Sizin mənim kimi toplarınız yoxdur” və şalvarını çıxartdı. Amma onun böyük qarnı var idi, ona görə də biz onun “toplar”ını görə bilmədik”.

Toni 2007-2010-cu illərdə “Bayern”in futbolçusu olub. Bu müddət ərzində o, bütün turnirlərdə 89 matçda iştirak edib, 58 qol vurub, 25 məhsuldar ötürmə edib. Öz növbəsində niderlandlı məşqçi 2009-2011-ci illərdə Münhen klubunda bu vəzifədə çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button