
Tonali bir neçə gün evdən çıxmayıb – Milli komandaya görə
“Nyukasl”ın və İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonali komandasının 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsi barədə danışıb. İtaliya yığması ardıcıl 3-cü dəfə dünya çempionatını buraxacaq.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, bunun karyerasında ən pis an olduğunu söyləyib:
“Bu, karyeramın ən pis anlarından biridir. Çox məyus olduq, çünki İtaliya yığması ardıcıl üçüncü dünya çempionatında oynamayacaq. Bunu qəbul etmək çətin idi. Oyundan sonrakı bir neçə gün mənim üçün çox çətin keçdi, evdən çıxmadım”.
İtaliya millisi həlledici pley-off matçında Bosniya və Herseqovina yığmasına məğlub olub. Oyun 1:1 hesabı ilə başa çatsa da, komanda penaltilərdə 1:4 hesabıyla uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



