Tuxel “Real”ın baş məşqçisi ola bilər

“Çelsi”nin sabiq baş məşqçisi Tomas Tuxel “Real”ı çalışdıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. 49 yaşlı almaniyalı mütəxəssis gələn yay “Real”ın baş məşqçisi ola bilər. Bu, Karlo Ançelotti Madrid klubunu tərk etmək qərarına gələrsə baş verəcək.

Ançelottinin “Real”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Sentyabrın 7-də Tuxel “Çelsi”nin baş məşqçisi vəzifəsindən qovulub. Onun yerini əvvəllər “Brayton”da işləyən Qrem Potter tutub.

Tuxel 2021-ci ilin yanvarından “Çelsi”ni çalışdırırdı. Alman mütəxəssis “zadəganlar”la Çempionlar Liqasının, UEFA superkubokunun və Klublararası dünya çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button