Tokio-2020: Azərbaycanlı Ukraynaya “gümüş” qazandırdı

Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio-2020-də final görüşünə çıxıb.

Komanda.az xəbər verir ki, 67 kq-da mübarizə aparan Nəsibov qızıl medal uğrunda iranlı Məhəmmədreza Gerayi ilə qarşılaşıb. 1:9 hesabı ilə uduzan Nəsibov fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Tokio olimpiadası avqustun 8-də başa çatacaq.