AÇ-2024: Ten Haq Reşfordun milliyə çağırılmamasına münasibət bildirib

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın hücumçusu Markus Reşfordun qarşıdan gələn 2024-cü il Avropa çempionatı üçün İngiltərə millisinə çağırılmamasını şərh edib.

Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, o, ingilis futbolçu haqda bunu deyib:

“Reşford hazırda yaxşı yerdədir. Hər kəsin karyerasında eniş-yoxuş var. Reşford çox motivasiyalıdır və futbol sahəsində hər şeyi sübut etmək istəyir. Onun yaxşı karyerası var. Ona görə də, əminəm ki, o, işinin öhdəsindən gələcək və yenidən çoxlu qollar vuracaq”.

26 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 42 matçda iştirak edərək 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button